ABŞ Konqresi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü “soyqırımı” kimi tanımağa hazırlaşırbackend

ABŞ Konqresi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü “soyqırımı” kimi tanımağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir qrup amerikalı konqresmen ABŞ-ın Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırım kimi tanıması barədə qətnamə layihəsi təqdim edib.

Bu barədə Editor.az Ağ evə yaxın mediaya istinadən xəbər verir. Xəbərdə deyilir: “Cümə günü ABŞ konqresmenlərindən ibarət ikipartiyalı qrup Rusiyanın Ukraynaya qarşı hərbi təcavüsünü soyqırım aktı kimi xarakterizə edən qətnamə təqdim edib.

Qətnamə layihəsində iddia olunur ki, Rusiya qüvvələrinin Ukraynada törətdiyi vəhşiliklər, o cümlədən dinc insanlara qarşı ayrı seçkilik etmədən doğum evlərinə və tibb müəssisələrinə birbaşa hücumlar, yüz minlərlə ukraynalının Rusiyaya və Rusiyanın ələ keçirdiyi ərazilərə zorla köçürülməsi Birləşmiş Millətlər Təşkilatının Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının II maddəsinin kriteriyalarına tam cavab verir”. Qeyd edək ki, Konqresin qətnamələri adətən konqressmenlər tərəfindən Nümayəndələr Palatasının və ya Senat üzvlərinin güclü dəstəyini ifadə etmək üçün istifadə olunur. Bu qətnamə hüquqi qüvvəyə malik olmasa da, Rusiyanın hərəkətlərini pisləyən güclü siqnaldır və Konqres üzvlərinin Ukraynaya hərbi yardımdan əlavə fasiləsiz dəstək üçün davam edən səylərinin göstəricisidir.

Editor.az