ABŞ Konqresinin 435 yerlik aşağı palatası olan Nümayəndələr Palatası Ukraynaya yardımın azaldılması ilə bağlı iki təklifi rədd edib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin büdcə layihəsindən Ukraynaya əlavə yardımın çıxarılmasını nəzərdə tutan qanun layihəsi lehinə 104, parlamentdə səs çoxluğu olan Respublikaçıların 117 üzvü əlavə yardımın davam etdirilməsi üçün səs verib. Ukraynaya və eyni partiyadan 104 üzvün qanun layihəsini dəstəklədiyi qeyd edilib.
Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində parlamentin 93 üzvünün Kiyevə yardımın tamamilə rədd edilməsini dəstəklədiyi, 339 üzvün isə bu layihənin əleyhinə səs verdiyi anlaşılıb.
Bundan əvvəl Nümayəndələr Palatasının sədri Kevin Makkarti Ukrayna Silahlı Qüvvələrinin təlimi üçün xərcləməyi planlaşdırdıqları 300 milyon dollar vəsaitin Pentaqonun büdcə layihəsindən çıxarılmasını istəmişdi və sonradan tənqid edilən siyasətçi bu qərardan geri çəkildi. Kiyev üçün vəsaitin ölkənin müdafiə büdcəsinə daxil edilməsi Nümayəndələr Palatasının bir çox üzvlərinin kəskin etirazına səbəb olub və bu, əlaqədar qanun layihələrinin qəbuluna əngəl törədir. Məsələ ilə bağlı açıqlama verən ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Marjorie Taylor Greene, qanun layihələrində Ukraynaya ayırmalar olduğu müddətcə qısamüddətli və ya tamhüquqlu büdcənin qəbulunun əleyhinə səs verəcəyini vəd edib.
//Gülnarə Abasova, Editor.az

