ABŞ Konqresinin nümayəndə heyəti Tayvana gedibbackend

ABŞ Konqresinin nümayəndə heyəti Tayvana gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının Çin üzrə Komitəsinin rəhbəri Mayk Qallagerin başçılıq etdiyi nümayəndə heyəti Tayvana gəlib.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, səfər zamanı beş qanunvericidən ibarət nümayəndə heyəti prezident Tsay İnq-ven və vitse-prezident Lai Qingde ilə görüşəcək. “Tayvan dünyaya dəfələrlə ÇKP-nin zorakılığına necə müqavimət göstərəcəyini və nəinki sağ qalacağını, həm də inkişaf edəcəyini göstərib”, – Mike Qallager deyib.

“Reuters” qeyd edir ki, 2023-cü ilin dekabrında Qallagerin rəhbərlik etdiyi komitə ABŞ-ın Çinlə iqtisadi əlaqələrinin bərpası üçün tövsiyələrin geniş siyahısını dərc edib. Sonra o bildirib ki, bu sənəd ABŞ-a Çinin “iqtisadi vassalı” olmağa imkan verməyəcək. ABŞ-ın Taypeydəki səfirliyindən verilən açıqlamaya görə, nümayəndə heyəti fevralın 24-dək Tayvanda qalacaq. Səfər zamanı qanunvericilər ikitərəfli münasibətlər, ticarət və investisiya, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədirlər.

//Samir Qurbanov, Editor.az