ABŞ Konqresinin Nümayəndələr Palatası BCM üzvlərinə qarşı sanksiyalar nəzərdə tutan qanunu təsdiq etdibackend

ABŞ Konqresinin Nümayəndələr Palatası BCM üzvlərinə qarşı sanksiyalar nəzərdə tutan qanunu təsdiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) rəsmilərinə Vaşinqton və onun müttəfiqlərinə qarşı işlərə baxılmasına görə sanksiyalar təklif edən qanun layihəsini təsdiqləyib.

Layihəni 247 konqresmen (205 respublikaçı və 42 demokrat) dəstəkləyib, 155-i əleyhinə (hamısı demokratlar) səs verib. Səsvermənin nəticələri ABŞ Konqresinin aşağı palatasının saytında təqdim olunub.

Sənəd “Birləşmiş Ştatlar və onun müttəfiqlərinin himayəsi altında istənilən şəxsi araşdırmaq, saxlamaq, həbs etmək və ya mühakimə etmək üçün hər hansı səydə iştirak edən” şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Məhdudiyyətlərə ABŞ-da əmlakla əməliyyatların qadağan edilməsi, həmçinin vizaların bloklanması və ləğvi daxildir. Qanun layihəsi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanın İsrailin baş naziri və müdafiə naziri Benyamin Netanyahu və Yoav Qalantın, eləcə də HƏMAS-ın üç liderinin hərbi cinayətlərə görə həbsə order verilməsini xahiş etməsindən sonra hazırlanıb.

//Samir Qurbanov, Editor.az