ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə təcili yardım paketini qəbul etdi: Ukrayna kənarda qaldıbackend

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə təcili yardım paketini qəbul etdi: Ukrayna kənarda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası İsrailə təcili yardım haqqında qanun layihəsini təsdiqləyib. Söhbət 14,3 milyard dollar məbləğində dəstəkdən gedir.

Editor.az CNN-ə istinadən bildirir ki, Baydenin İsrailə və Ukraynaya yardımı birləşdirmək istəyinə baxmayaraq, bu layihədə Ukraynadan bəhs edilmir. ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən səsvermə zamanı layihəni palatanın 226 üzvü dəstəkləyib. 196 nəfər əleyhinə səs verib. Demokratlar İsrail və Ukraynaya yardımı birləşdirməyə çağırıblar.

Qeyd olunur ki, Senatda İsrailə yardıma və Ukraynaya daha çox dəstək verilməsinə ikitərəfli dəstək var, lakin Nümayəndələr Palatasında bir çox respublikaçılar Konqresin iki palatası arasında fikir ayrılıqları yaradan belə bir addıma qarşı çıxıblar.

Senat çoxluğunun lideri Cak Şumer, Senatın “bu dərin qüsurlu Nümayəndələr Palatasının Respublikaçı təklifini nəzərdən keçirməyəcəyini” söyləyib. “Əvəzində İsrail və Ukraynaya yardım, Çin hökuməti ilə rəqabət və Qəzzaya humanitar yardım daxil olmaqla ikitərəfli təcili yardım paketimiz üzərində birlikdə işləyəcəyik”, – deyib. Qeyd edək ki, Bayden belə bir qanun layihəsi qəbul edilərsə, ona veto qoyacağını vəd edib.

//Samir Qurbanov, Editor.az