ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Palata Senatda qəbul edilmiş Ukrayna, İsrail və Tayvana yardım haqqında qanun layihəsinə səs verməyi planlaşdırmır.
Onun sözlərinə görə, aşağı palatanın diqqəti heç vaxt qəbul olunmayan 2024-cü maliyyə ili (oktyabrın 1-dən başlayıb) büdcəsi çərçivəsində xərclərin əlaqələndirilməsinə yönəlib. “Əlbəttə, yox” – deyən Conson layihəni müzakirəyə çıxarmağı planlaşdırıb-planlaşdırılmadığını soruşduqda cavab verib ki, “Hazırda biz təxsisat prosesindən keçirik, vəsaitlərin ayrılması prosesi ilə məşğuluq, təcili müddətlərimiz var və hazırda Nümayəndələr Palatasının diqqəti məhz buna yönəlib.
Qeyd edək ki, fevralın 13-də ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95 milyard dollardan çox yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini dəstəkləyib. Konqresin yuxarı palatasının 100 üzvündən 70-i sənədin lehinə səs verib. Conson bundan əvvəl sənədi səsverməyə qoymayacağına eyham vurmuşdu.
//Samir Qurbanov, Editor.az

