ABŞ konqresmeni Smit: ABŞ-Rusiya danışıqları qaçılmazdırbackend

ABŞ konqresmeni Smit: ABŞ-Rusiya danışıqları qaçılmazdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, demokrat Adam Smit bəyan edib ki, ABŞ və Rusiya arasında danışıqlar qaçılmazdır.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Smit bu barədə Pentaqon rəsmilərinin iştirakı ilə keçirilən Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında çıxış edib. “Biz diplomatiya və tərəfdaşlıqdan istifadə etməliyik, çünki mən Rusiya, İran, Çin və digərləri arasında ittifaqların yarana biləcəyindən çox narahatam”,-deyə o bildirib.

Bu arada bir qadın etirazçı ABŞ-ın müdafiə naziri Lloyd Ostini Qəzzada soyqırımı dəstəkləməkdə ittiham edərək onun çıxışına mane olmağa çalışıb. “Soyqırımı dəstəkləməyə son, Fələstinə azadlıq” şüarını səsləndirən etirazçı daha sonra mühafizəçilər tərəfindən zaldan çıxarılıb.

//Gülnarə Abasova, Editor.az