Bir qrup ABŞ konqresmeni Ukraynaya daha çox dəstək vermək üçün Almaniya, Polşa, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Editor.az bu barədə “The Hill” qəzetinə istinadən məlumat verir.
Konqresin deputatları arasında ABŞ senatorları Mark Kelli, Kirsten Gillibrand, Kori Buker və Ed Marki və Nümayəndələr Palatasının üzvlərindən Monder Cons olacaq. Deputatların birgə bəyanatında deyilir: “Bu güclü nümayəndə heyəti ABŞ-ın Ukraynaya və NATO müttəfiqlərinə dəstəyini hansı istiqamətdə davam etdirə biləcəyini öyrənmək üçün Polşadakı ABŞ hərbi rəhbərliyi və qoşunları ilə görüşmək imkanı əldə edəcək”.
“The Hill” yazır ki, Almaniya, Polşa, Hindistan və BƏƏ ABŞ-ın Rusiyanı təcrid etmək üçün atdığı addımlarda əməkdaşlıq edəcək qədər fəal deyil.
//Gülnarə Abasova, Editor.az

