“ABŞ Körfəz müharibəsində istifadə etdiyi silahla Ukraynanı təmin edir”-AÇIQLAMAbackend

“ABŞ Körfəz müharibəsində istifadə etdiyi silahla Ukraynanı təmin edir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştatlar Kiyevə əlavə hərbi yardım, o cümlədən “Bradley” piyada döyüş maşınları və hava hücumundan müdafiə sistemləri göndərməyi davam etdirmək qərarındadır. Bununla da Ukraynadakı müharibənin vəziyyətini dəyişməyə cəhd edirlər.

Rusiya-Ukrayna müharibəsində “Vaqner” ÖHŞ-in iştirakının artması dinamikaya necə təsir edir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, “Bradley” piyadaları daşımaq üçün nəzərdə tutulan zirehli döyüş maşınlarıdır:

“Əvvəlki müharibələrdə bu qurğunun kifayət qədər effektiv olduğu məlum olub. ABŞ “Bradley” dən həm Körfəz müharibəsində, həm də 2003-cü il İraq müharibəsində istifadə etmişdi. “Bradley” kifayət qədər çevik və mobil döyüş maşınıdır. Hətta ona Amerikada “Tank killer” də deyirlər. Bütün bu dəstək Ukraynaya hava-su kimi lazımdır. İndiki vəziyyətdə Rusiya qışdan Ukraynaya qarşı silah kimi istifadə edir, infrastrukturu hədəf alır. Digər tərəfdən Ukrayna prezidenti Volodimir Zelenski konqresdə çıxışı zamanı vurğulayıb ki, nə qədər dəstək verilsə bir o qədər Rusiyaya müqavimət göstərə bilərik. Dekabrda ABŞ elan verdi ki, Ukraynaya bir batareya “Patriot” hava hücumundan müdafiə sistemi veriləcək. Buna da daxildir; idarəetmə sistemi, raketlər və radar. Sözügedən hava hücumundan müdafiə sisteminin Ukraynaya göndərilməsi, ABŞ-ın Kiyev üçün nəzərdə tutduğu 1.85 milyard dollarlıq hərbi yardım paketinin tərkib hissəsi kimi nəzərdə tutulur. Bu, Ukrayna üçün böyük stimul olduğu halda digər tərəfdən Rusiyanı daha da qıcıqlandıra bilər.  Lakin “Patroit” hava hücumundan müdafiə sistemlərinin uçuş məsafəsi təxminən 40-160 km aralığındadır. Bir batareya ya hər hansı bir şəhəri, infrastrukturu qorumaq üçün kifayət edə bilər. Buna görə də əlavə hava hücumundan müdafiə sistemlərinin göndərilməsi labüddür. “Vaqner” 5-6 aydır ki, Ukraynada iştirak edir və bir neçə kritik şəhərlərin alınmasında böyük rola malikdir. Amma onun da resursları tükənməz deyil. Vaqnerin rəhbəri “Putinin aşbazı” Priqojin məhbusları cəlb edir. Vaqner psixoloji faktor kimi də nəzərə alınmalıdır”.
 
//Safura Bənnayeva, Editor.az