ABŞ-la gizli təmas məsələsi – Tehran danışdıbackend

ABŞ-la gizli təmas məsələsi – Tehran danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranla Vaşinqton arasında danışıqlar aparıldığı barədə iddiaları qəti şəkildə təkzib edib. Musavat.com xəbər verir ki, o, İranın mövqeyinin dəyişməz qaldığını vurğulayıb.

Bəqayi bildirib ki, İranın həm Hörmüz boğazı ilə bağlı siyasəti, həm də müharibənin dayandırılması üçün irəli sürdüyü şərtlər qüvvədə qalır və bu məsələlərdə heç bir geri addım yoxdur. Onun sözlərinə görə, ABŞ-nin mümkün danışıqlar təşəbbüsü ilə bağlı bəzi dost ölkələr vasitəsilə Tehrana mesajlar ötürülüb.

İran rəsmisi qeyd edib ki, rəsmi Tehran həmin mesajlara sərt cavab verib və ölkənin həyati əhəmiyyətli infrastrukturuna qarşı istənilən hücumun çox ciddi nəticələr doğuracağı barədə xəbərdarlıq edib.

Musavat.com