ABŞ-la İran arasında bayraq qalmaqalı: FİFA nə reaksiya verəcək?backend

ABŞ-la İran arasında bayraq qalmaqalı: FİFA nə reaksiya verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qətərdə keçirilən Dünya çempionatında ABŞ və İran milli komandaları arasında çox kritik oyun baş tutacaq. Saat 22:00-da keçiriləcək bu vacib oyundan əvvəl ABŞ Futbol Federasiyası İrana qarşı qalmaqala səbəb olan addım atıb.

Editor.az xəbər verir ki, ABŞ Futbol Federasiyası sosial media hesabında paylaşdığı bir paylaşımda İran bayrağındakı “La İlahe İlləllah” hissəsini çıxarıb. Federasiya rəsmiləri bu addımı İranda qadınlara dəstək olmaq üçün etdilərini bildirib. Daha sonra isə bu paylaşım silinib.

İranın “Tansim” xəbər agentliyi iddia edib ki, ABŞ Futbol Federasiyasının rəsmi hesabından hazırlanan bu yazı FİFA nizamnaməsinə görə ABŞ-ın 10 oyundan uzaqlaşdırılmasını tələb edir. Onlar ABŞ-ın bu mötəbər yarışdan çıxarılmasını istəyirlər.

İran Futbol Federasiyasının hüquq müşaviri Safia Allah Fəqanpur deyib ki, ABŞ-ın İran bayrağında İslam loqotipindən istifadə etməməsi “qeyri-etik”dir: “Bir millətin bayrağına hörmət etmək, bütün digər xalqların əməl etməli olduğu qəbul edilmiş beynəlxalq təcrübədir”.

Xatırladaq ki, ABŞ bu oyunda qalib gəlməlidir. İrana qrupdan çıxmaq üçün 1 xal da bəs edir.

//Samir Qurbanov, Editor.az