ABŞ-la nüvə müharibəsi başlayarsa, Rusiya Amerikanın atış siloslarını məhv edəcək. Editor.az xəbər verir ki, bu fikri ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib.
Ritter Rusiyanın 10 dəqiqədə ABŞ-a çatan və raket silolarını məhv edə bilən hipersəs raketlərinə sahib olduğunu vurğulayıb. “ABŞ nüvə qüvvələrini atmadan əvvəl məhv edəcək dağıdıcı bir zərbə ilə üzləşəcək”.
Onun sözlərinə görə, amerikalılar bu suala cavab verə bilməyəcəklər, çünki onların nüvə qüvvələri çox köhnədir
Qeyd edək ki, avqustun 21-də ABŞ prezidenti Co Bayden mart ayında ABŞ-ın gizli nüvə strategiyasını təsdiqləyib. Bu strategiyada ilk dəfə olaraq Çinin nüvə arsenallarının böyüməsi ilə bağlı planı, eləcə də Çin və Rusiya tərəfindən koordinasiya edilmiş çağırışlara hazırlıq barədə məlumat verilib.
//Gülnarə Abasova, Editor.az