“ABŞ lazım gələrsə, Ukraynaya daha çox silah verəcək”- Blinkenbackend

“ABŞ lazım gələrsə, Ukraynaya daha çox silah verəcək”- Blinken

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amerika Birləşmiş Ştatları lazım gələrsə, əks-hücum üçün Ukraynaya daha çox silah verməyə hazırdır”.

Editor.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken PBS “NewsHour”a müsahibəsində bildirib. Bu, Vaşinqtonun Rusiyaya qarşı müharibə kontekstində Ukraynanı və onun ərazi bütövlüyünü dəstəkləmək istəyini təsdiqləyir. Xarici işlər naziri qeyd edib ki, ABŞ artıq Ukraynaya hərbi texnika verib və gələcəkdə bunu davam etdirməyə hazırdır. O, xüsusilə qeyd edib ki, təqdim edilən Javelin və Stinger müharibənin ilkin mərhələsində Ukrayna Silahlı Qüvvələrinə kömək edib və rusların Kiyevi tutmasının qarşısını alıb.

“Əgər çatışmazlıqlar varsa bizə deyəcəklər və biz də onları doldurmaq üçün əlimizdən gələni edəcəyik”, – Blinken bildirib.

//Gülnarə Abasova, Editor.az