ABŞ Livan məsələsi ilə əlaqədar İsrailə xəbərdarlıq etdibackend

ABŞ Livan məsələsi ilə əlaqədar İsrailə xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton İsrail hakimiyyətinə bildirib ki, Livan ərazisində eskalasiyaya yol verilməməlidir.

ABŞ Dövlət Departamentinin rəhbəri Livanda gərginliyin daha da artmasının qarşısının alınmasının, israilli və livanlı ailələrin öz evlərinə qayıtmasına imkan verəcək diplomatik həllin əldə edilməsinin vacibliyini vurğulayıb, – ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

Sənəddə həmçinin qeyd olunur ki, Vaşinqton yəhudi dövlətinin təhlükəsizliyinin təmin edilməsinə sadiqdir və buna görə də Qəzzada sülh yolu ilə nizamlanma istiqamətində işi gücləndirməyə, habelə anklavlara humanitar yardımın çatdırılmasını genişləndirməyə çağırır.

//Samir Qurbanov, Editor.az