ABŞ Livandakı vəziyyətə qarışmadığını açıqlayıbbackend

ABŞ Livandakı vəziyyətə qarışmadığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken ABŞ-ın Livandakı vəziyyətə qarışmadığını deyib.

Editor.az xəbər verir ki, o, Misirdə keçirdiyi mətbuat konfransında belə deyib.

“Livana gəlincə, ABŞ-ın hadisələrdən xəbəri olmayıb və ya hadisələrdə iştirak etməyib, biz hələ də məlumat toplayırıq”, – XİN rəhbəri bildirib. Blinken regionda münaqişəni gərginləşdirə biləcək addımlardan qaçmağın vacibliyini də vurğulayıb.

Qeyd edək ki, sentyabrın 17-də axşam Livanda peycerlər partlayıb. Nəticədə azı 4 min nəfər yaralanıb, 11 nəfəri, o cümlədən səkkiz yaşlı uşaq və Hizbullah liderlərindən birinin oğlunu xilas etmək mümkün olmayıb. Livanın Səhiyyə Nazirliyi xəstəxanaları təcili tədbirlər görməyə çağırıb. İlkin məlumatlara görə, partlayışlar İsrail kəşfiyyat xidmətlərinin Hizbullah terror təşkilatı üzvlərinin peycerlərinə kiberhücum etməsi nəticəsində baş verib.

//Gülnarə Abasova, Editor.az