ABŞ mətbuatı: NATO Rusiya ilə müharibəyə doğru irəliləyirbackend

ABŞ mətbuatı: NATO Rusiya ilə müharibəyə doğru irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ mətbuatında aparılan təhlildə Şimali Atlantika Alyansının(NATO) zəiflədiyi və bilmədən Rusiya ilə müharibəyə doğru sürükləndiyi bildirilib.

Editor.az xəbər verir ki,  ABŞ-ın “Responsible Statecraft” portalında dərc olunan məqalədə NATO-ya Rusiya ilə müharibəyə doğru getdiyi barədə xəbərdarlıq edilib. Məqalədə “Minlərlə insan NATO-nun 75-ci ildönümü ilə bağlı zirvə toplantısı üçün Vaşinqtona getdiyi bir vaxtda biz Alyansın zəiflədiyini və bilmədən Rusiya ilə müharibəyə doğru getdiyini müşahidə edirik”,- deyə bildirilib.

NATO-nun “təbliğatçı diskurs”dan istifadə etdiyini və özünü “tarixin ən uğurlu ittifaqı” kimi təqdim etdiyini bildirən “Responsible Statecraft” kitabının müəllifi Anatol Lieven, Alyansı bunu hər hansı müharibədə qazandığı uğurlarla deyil, müharibənin qarşısını almadığına görə tənqid edib.

Lieven Əfqanıstandakı müharibənin NATO-nun indiyə qədər iştirak etdiyi yeganə quru müharibəsi olduğunu və onun fəlakətli məğlubiyyətlə başa çatdığını xatırladıb. Bu gün NATO-nun “Birinci Soyuq Müharibə” dövründə qaçdığı “Avropada Rusiya ilə vəkil müharibəsi” içərisində olduğunu vurğulayan Lieven mövcud şərtlərin uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına uyğun olduğunu vurğulayıb. Lieven əlavə edib ki, Qərbi və Mərkəzi Avropaya “Rusiya təhlükəsi” ilə bağlı müzakirələr də Avropa ölkələrinin ABŞ-dan daha çox asılı olmasına yol açıb.

//Gülnarə Abasova, Editor.az