ABŞ-ın Macarıstandakı səfiri David Pressman Macarıstanı ona qarşı təzyiqlərlə hədələyib.
Editor.az bu barədə “Financial Times” a istinadla yazır. “Bizim mütləq təsir imkanlarımız var. Biz də öz gücümüzdən istifadə etməyə hazırıq”, – diplomat bildirib. Baş ofisi Budapeştdə yerləşən Rusiya İnkişaf Bankı Vaşinqtonun tələbi ilə bankı bağlamaqdan imtina etdikdən sonra 2024-cü ilin yanvarında ABŞ Macarıstanla ikiqat vergitutma müqaviləsini ləğv etdi və 2023-cü ildə sanksiyalar tətbiq etdi.
Amerikalı diplomat həmçinin vurğulayıb ki, ABŞ Macarıstana əhəmiyyət verir və onu müttəfiq hesab edir, lakin müttəfiqlərin ABŞ-ın təhlükəsizlik maraqlarını nəzərə almaqdan imtina etməsi qəbuledilməzdir.
Pressman daha əvvəl baş nazir Viktor Orbanı NATO-ya zərər verən Rusiyayönlü lider adlandırıb. ABŞ diplomatının fikrincə, Orbanın siyasəti onu Rusiyanın maraqlarına uyğun hərəkət etməyə məcbur edən və NATO birliyinə xələl gətirən “xəyali macar fobiyası” və “xəyali işğalçılar” haqqında “fantastik” müddəalara əsaslanır. Səfir həmçinin Orbanı ABŞ seçkilərində Donald Trampı dəstəklədiyinə görə qınayıb və ABŞ prezidenti Co Baydeni istefaya çağırıb.
//Gülnarə Abasova, Editor.az