ABŞ Maliyyə Naziri Janet Yellen Rusiyanın Ukraynaya hücumuna qarşı sərt, ağır sanksiyaların tətbiq edildiyini və bu investisiyaların təsirini Rusiya rublunun dəyər itirməsində gördüklərini bildirib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Yellen ABŞ-ın Rusiyaya qarşı sanksiyalarda potensial boşluqları və sızıntıları düzəltməyə davam edəcəyini də vurğulayıb. Enerji sahəsində Rusiyaya qarşı sanksiyaların tətbiq edilib-edilməməsi ilə bağlı suala isə maliyyə naziri cavab verib ki, sanksiyalarla bağlı masadan heç bir variant qaldırılmayıb.
//Gülnarə Abasova, Editor.az

