ABŞ mediası: “Pentaqon elektron müharibə vasitələrinin hazırlanmasında Rusiyanı nümunə götürməlidir”backend

ABŞ mediası: “Pentaqon elektron müharibə vasitələrinin hazırlanmasında Rusiyanı nümunə götürməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) diqqətini Rusiyanın elektron müharibə sistemlərindən istifadə sahəsində yüksək uğurlu təcrübəsinə yönəldib və ABŞ ordusunun da bu sahəni fəal şəkildə inkişaf etdirməli olduğunu bildirib.

Editor.az xəbər verir ki, bu barədə Bloomberg-də bildirilib.

“Rusiya elektron müharibə sistemləri sayəsində Ukraynada pilotsuz uçuş aparatlarını və Amerikanın idarə olunan sursatlarını uğurla hədəf alır”. Bu, Pentaqonu həyəcanlandırmalıdır”,- məqalədə bildirilib.

ABŞ-da dəqiq silah inkişaf etdirmə səylərini diqqətdən kənarda qoymayan Rusiya və Çinin elektron müharibə tədbirləri üzərində aktiv şəkildə çalışdığı bildirilərkən Pentaqonun öz elektron müharibə strategiyasında uğursuzluğa düçar olduğu qeyd edilib. Bildirilib ki, iddialı tədqiqat proqramları ABŞ ordusunu həyati tıxanma vasitələri ilə təmin edə bilməyib. Excalibur idarə olunan raket hədəfini vura bilmirsə, ona 100 min dollar xərcləməyin mənası yoxdur. Amerikanın düşmənləri belə texnologiyaların dəyərini anlayırlar. Ukraynadakı müharibə sayəsində ABŞ da bunu başa düşməlidir.

Qeyd edək ki, qərb mediası dəfələrlə Rusiyanın elektron müharibə vasitələrinin effektivliyinə diqqət çəkib. Reuters xəbər agentliyi Rusiyanın elektron döyüş maşınlarının Ukrayna ordusunun istifadə etdiyi ABŞ istehsalı olan kiçik ölçülü yerdən atılan bombalara (GLSDB) qarşı təsirli olduğunu yazıb.

//Gülnarə Abasova, Editor.az