ABŞ mediası: Putin-Tramp görüşünə hazırlıq sürətlənibbackend

ABŞ mediası: Putin-Tramp görüşünə hazırlıq sürətlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evdə Volodimir Zelenski ilə müzakirədən sonra ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında mümkün görüşə hazırlıq sürətləndirilib.

Editor.az xəbər verir ki, Tramp-Zelenski danışıqlarla bağlı qalmaqaldan sonra Tramp-Putin görüşünə hazırlıqların sürətləndirildiyi bildirilib. CNN televiziyasının xəbərində bu ifadə işlədilib: “Ölkəmizdəki söhbətlərdə Tramp-Putin sammitinə hazırlıqların sürətləndiyi bildirilir”.

Xəbərdə Ağ Evdəki müzakirənin ABŞ administrasiyası tərəfindən Zelenskini gözdən salmaq və onu danışıqlardan kənarlaşdırmaq üçün planlaşdırıldığı ehtimal edilirdi.

//Gülnarə Abasova, Editor.az