ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Vitkoffun martın 13-ü cümə axşamı Moskvaya getməyi və Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırdığı iddia edilib.
Editor.az bu barədə Axios xəbər agentliyinə istinadla xəbər verir. Qəzetin müxbiri Barak Ravid sosial media platforması X hesabında yazdığı yazıda ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya gedərək Rusiya lideri Vladimir Putinlə görüşəcəyi xəbərinin təsdiqləndiyini bildirib.
“Məsələdən xəbəri olan mənbə Uitkoffun Putinlə görüşmək üçün bu həftə Moskvaya getməyi planlaşdırdığını təsdiqlədi, lakin hər şeyin hələ də dəyişə biləcəyini vurğuladı… Onun Putinlə cümə axşamı Moskvada görüşməsi ehtimalı var”, – Ravid yazıb.
Bundan əvvəl Bloomberg agentliyinin müxbiri Witkoffun Moskvaya getməyi və Putinlə görüşməyi planlaşdırdığını açıqlamışdı. Hələlik Kremldən bu məlumatla bağlı heç bir açıqlama verilməyib. Kremlin sözçüsü Dmitri Peskov əvvəlki açıqlamasında Rusiya ilə ABŞ arasında ayrı-ayrı qurumlar vasitəsilə əlaqələrin davam etdiyini və son vaxtlar intensivləşdiyini bildirib.
//Gülnarə Abasova, Editor.az

