ABŞ məhkəmələri Donald Trampın qərarını “qondarma” və “qanunsuz” hesab edirbackend

ABŞ məhkəmələri Donald Trampın qərarını “qondarma” və “qanunsuz” hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın iki məhkəməsi Tramp administrasiyasının sınaq müddəti olan hökumət işçilərini kütləvi şəkildə işdən çıxarmasının ABŞ qanunlarını pozduğuna qərar verib.

“The Wall Street Journal”ın yazdığına görə, prezident administrasiyasının hərəkətlərinə mane olan ilk şəxs Kaliforniyada dairə məhkəməsi olub. Hakim Uilyam Oslap Kənd Təsərrüfatı, Energetika, Daxili İşlər, Xəzinədarlıq, Müdafiə və Veteranlar İşləri departamentlərində sınaq müddətində olan işçilərin dərhal işlərinə qaytarılmasına qərar verib. Hakim onların işdən çıxarılması prosesini “qondarma” və “qanunsuz” hesab edib.

Bir neçə saat sonra ABŞ-ın Merilend ştatının hakimi Ceyms Bredar Demokratların rəhbərlik etdiyi 20 ştat və Kolumbiya dairəsi tərəfindən qaldırılan iddiada oxşar qərar çıxarıb. Məhkəmə Ticarət Departamenti, İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu və Ətraf Mühitin Mühafizəsi Agentliyi də daxil olmaqla 18 qurumdan sınaq müddəti ərzində işdən çıxarılan işçilərin bərpasına göstəriş verib.

Hakim qərarının 14 gün müddətində qüvvədə qalacağını vurğulayıb. Bu müddət ərzində o, dövlət baş prokurorunun daha uzun müddətə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı müraciətinə baxacaq.

//Samir Qurbanov, Editor.az