ABŞ: Mərkəzi Asiya bizi Rusiya və Çinə alternativ görürbackend

ABŞ: Mərkəzi Asiya bizi Rusiya və Çinə alternativ görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Asiyanın bir sıra ölkələri ABŞ-la əlaqələri davam etdirməkdə maraqlıdır və bunu Rusiya ilə Çinlə qarşılıqlı əlaqənin alternativi hesab edirlər.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Kennet Makkenzi deyib.

O bildirib ki, bu yaxınlarda Qazaxıstanın paytaxtı Nur-Sultanda konsultasiyalarda iştirak edib və Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri ilə müzakirələr aparıb:

“Onlar əvvəlki kimi ABŞ-la əlaqələrinin olmasını istəyirlər. Təəssüf ki, coğrafi baxımından onlar hər zaman Rusiya və Çinlə çalışmalı olacaqlar. Lakin düşünürəm, partnyorlarımız əmin olmaq istəyirlər ki, ABŞ Əfqanıstandan getdikdən sonra belə onlardan üz çevirməyib”.