ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Ukraynaya gizli səfər edibbackend

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Ukraynaya gizli səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns fevralın 22-də Ukraynaya gizli səfər edib.

Editor.az bildirir ki, bu barədə “The New York Times” yazıb. İddia olunur ki, MKİ rəhbəri Amerika yardımını təsdiqləməklə bağlı problemlər fonunda Ukrayna rəhbərliyini sakitləşdirmək istəyib.

Berns Rusiya ilə silahlı münaqişə başlayandan bəri 10-cu dəfə Ukraynaya səfər edib. “The New York Times”ın yazdığına görə, bəzi Ukrayna kəşfiyyatçıları amerikalı həmkarlarından Kiyevə yardım paketini təsdiqləməkdə çətinlik çəkən MKİ-nin onlardan imtina edib-etməyəcəyini soruşublar.

“Bu, əvvəllər Əfqanıstanda olub, indi də Ukraynada olacaq”, – yüksək rütbəli ukraynalı zabit deyib. Bernin səfəri ilə bağlı məlumatları şərh edən MKİ rəsmisi deyib ki, bu səfər ABŞ-ın Ukraynanı dəstəkləmək öhdəliyinin davam edəcəyinə dair “güclü siqnaldır”.

//Samir Qurbanov, Editor.az