ABŞ Federal Ticarət Komissiyası Meta-ya aid Facebook-u valideynləri uşaqların müdafiəsi ilə bağlı yanlış məlumatlandırmaqda ittiham edib.
Editor.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, xüsusilə bildirilib ki, Facebook valideynləri uşaqlarının Messenger Kids proqramında kiminlə ünsiyyət qurmasına nə qədər nəzarət etdikləri barədə yanlış məlumat verib.
FTC şirkətə bəzi dəyişikliklər təklif edib. Bu dəyişikliklərə Facebook-un virtual reallıq biznesi də daxil olmaqla, 18 yaşdan kiçik istifadəçilərdən toplanan məlumatlardan pul qazanmasının qarşısının alınması daxildir.
Meta açıqlamasında FTC-nin Tiktok kimi Çin şirkətlərinə qarşı tədbir görmədiyini bildirib.
//Safura Bənnayeva, Editor.az

