ABŞ mətbuatı: ABŞ yüzlərlə əsgərini Suriyadan çıxarırbackend

ABŞ mətbuatı: ABŞ yüzlərlə əsgərini Suriyadan çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyadakı ABŞ əsgərlərinin sayının 2000-dən 1400-ə endiriləcəyi iddia edilib.

Editor.az New York Times qəzetinə istinadla xəbər verir ki, ABŞ ordusunun Suriyanın şimalındakı səkkiz hərbi bazasından üçünü bağlayaraq yüzlərlə əsgərini geri çəkməyə başladığını iddia edib.

Qəzetin iki yüksək səviyyəli rəsmiyə əsaslanan hesabatına görə, Suriyadakı ABŞ əsgərlərinin sayı 2000-dən 1400-ə endiriləcək. Bildirilib ki, hərbi rəsmilər 60 gündən sonra əlavə ixtisar edib-etməyəcəyini qiymətləndirəcəklər.

//Gülnarə Abasova, Editor.az