ABŞ mətbuatı: Belçikadakı həbslər Aİ-ni son illərdəki ən böyük böhrana sürükləyə bilərbackend

ABŞ mətbuatı: Belçikadakı həbslər Aİ-ni son illərdəki ən böyük böhrana sürükləyə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqında korrupsiya istintaqının nəticələri davam edərkən ABŞ mətbuatı bu prosesin təşkilatı ciddi böhrana sürükləyə biləcəyini bildirib. Editor.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin son 25–30 ildə üzləşdiyi ən ciddi problemlə qarşı-qarşıya olduğunu qeyd edib.

Qeyd olunur ki, Aİ-dəki korrupsiya qalmaqalı Avropa diplomatiyasının rəhbəri Kaja Kallas və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında gərgin münasibətləri daha da kəskinləşdirə bilər. ABŞ mətbuatı vurğulayır ki, Brüsselin iki ən nüfuzlu fiqurunu bir-birinə qarşı qoyan araşdırma Aİ-nin bir nəsildəki ən böyük böhranına çevrilmək təhlükəsi daşıyır.

Avropa Parlamentindəki Sol Partiyasının həmsədri Manon Aubry bildirib ki, “Bizim qurumlarımızın etibarı ciddi təhlükə altındadır”. Hesabatda qeyd olunur ki, korrupsiya iddiaları sübuta yetirilərsə, bu, 1999-cu ildə Jak Santer Komissiyasının maliyyə pozuntusu qalmaqalından sonra Brüsseli vuran ən böyük skandal olacaq.

Qeyd edək ki, dünən Avropa Baş Prokurorluğunun (EPPO) tələbi ilə korrupsiya araşdırması çərçivəsində Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) və Avropa Kollecində axtarışlar aparılıb. Axtarışlar nəticəsində Avropa Kollecinin rektoru, keçmiş ali nümayəndə Federika Moqerini və iki digər şəxs saxlanılıb. Daha sonra AB Xarici Fəaliyyət Xidmətinin keçmiş baş katibi Stefano Sanninonun da həbsdə olduğu bildirilib.

 

// Gülnarə Abasova, Editor.az