ABŞ mətbuatı: Tsirkon raketinin istifadəsi hipersəs silahlarının inkişafında dönüş nöqtəsi oldubackend

ABŞ mətbuatı: Tsirkon raketinin istifadəsi hipersəs silahlarının inkişafında dönüş nöqtəsi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tsirkon” raketindən istifadə hipersəs silahlarının inkişafında dönüş nöqtəsi olub.

Editor.az bu barədə “Military Watch” jurnalına istinadla xəbər verir.

Jurnalda dərc olunan məqalədə hipersəs gəmi əleyhinə qanadlı raket sisteminin ilk dəfə qarşıdurmalarda istifadə edildiyi vurğulanıb və “Ukraynada “Tsirkon” raketinin istifadəsinin hipersəs silah inqilabında mühüm mərhələ olduğu vurğulanıb. Məqalədə manevr edə bilən hipersəs qanadlı raketin tarixdə ilk dəfə istifadə edildiyi və bu cür qanadlı sistemlərin raketlərin uzaq məsafələrdəki hədəfləri çox yüksək sürətlə vurmasına imkan verməklə yanaşı, həm də manevr edə bildiyi bildirilib. Beləliklə, raketlər hədəfə daha aydın şəkildə bağlanır və onların qarşısını almaq olduqca çətinləşir. Rusiya prezidenti Vladimir Putin ötən cümə günü Rusiya ordusunun döyüş şəraitində yeni dəniz əsaslı hücum sistemindən istifadə etdiyini açıqlayıb.

Qeyd edək ki, Reutov şəhərindəki “Maşinostroyeniya” Elmi İnkişaf və İstehsalat Mərkəzində hazırlanıb istehsal edilən “Tsirkon” raketləri 1000 kilometrə qədər uçuş məsafəsi və 9 Maç sürətinə malikdir.

//Gülnarə Abasova, Editor.az