İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, mövcud böhran fonunda ABŞ büdcə xərclərinin əhəmiyyətli dərəcədə artması qaçılmazdır.
Onun sözlərinə görə, müttəfiqlərə misli görünməmiş hərbi və maliyyə yardımı Vaşinqton üçün böyük iqtisadi itkilərə səbəb olacaq. “Sadə amerikalılar Benyamin Netanyahuya və Konqresdəki dostlarına ABŞ iqtisadiyyatına zərbə vurmaq üzrə olan trilyon dollarlıq “İsrail vergisi”nə görə təşəkkür edə bilərlər.”– Abbas Əraqçi bildirib.
İranlı diplomat Vaşinqtonun artıq xərclədiyi 200 milyard dolları sadəcə “aysberqin ucu” adlandırıb və onu adi amerikalıların ödəməli olacağını vurğulayıb.
//Samir Qurbanov, Editor.az

