ABŞ müdafiə nazirinin müavini: müharibə daha 2-3 il davam edə bilərbackend

ABŞ müdafiə nazirinin müavini: müharibə daha 2-3 il davam edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə Ukrayna arasında hərbi münaqişə daha 2-3 il davam edə bilər.

Editor.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Kolin Kal bildirib. Onun sözlərinə görə o, ümid edir ki, ABŞ Konqresi münaqişənin müddəti ilə bağlı hazırkı təxminləri nəzərə alaraq, Ukraynaya yardımları davam etdirəcək: “Biz münaqişənin trayektoriyasını bilmirik.

Münaqişə altı aya, bəlkə də iki və ya üç ilə bitə bilər”, – deyə Kolin Kal ABŞ Konqresində keçirilən dinləmələrdə deyib. Qeyd edək ki, 2022-ci ilin dekabrında Rusiya prezidenti Vladimir Putin də Rusiyanın Ukraynadakı hərbi əməliyyatının uzun müddət çəkə biləcəyini demişdi.

  //Samir Qurbanov, Editor.az