ABŞ müdafiə nazirinin müavini: NATO Rusiyanın alyansa üzvlük məsələsini dəyərləndiribbackend

ABŞ müdafiə nazirinin müavini: NATO Rusiyanın alyansa üzvlük məsələsini dəyərləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Selest Uollander bəyan edib ki, NATO Rusiyanın alyansa üzvlüyünü nəzərdən keçirib.

Editor.az xəbər verir ki, Vaşinqtonda Demokratiyaları Müdafiə Fondunda keçirilən seminarda çıxış edən Uollander NATO-nun 2000-ci illərin əvvəllərində Rusiyanın alyansa üzvlüyünü nəzərdən keçirdiyini, hətta onun üzvlük kriteriyalarına cavab verib-verməməsi məsələsinin də müzakirə edildiyini bildirib.

“Rusiya NATO ilə tərəfdaşlıq qurmağa razılaşdı və buna görə də alyansa qoşulma məsələsi açıldı. Hətta o zaman Rusiyanın NATO-ya üzvlük kriteriyalarına cavab verib-verməməsi məsələsi də müzakirə olunurdu”, – deyə o, Rusiyanın alyansa üzvlüyü ilə bağlı müzakirələrdə iştirak etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az