ABŞ: “Müharibə 2023-cü ildə də davam edəcək, çünki Rusiya daha kiçik hədəflər ardınca gedir”backend

ABŞ: “Müharibə 2023-cü ildə də davam edəcək, çünki Rusiya daha kiçik hədəflər ardınca gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baxmut şəhərində 7 aydır davam edən qarşıdurmada hər iki tərəf ağır itkilər verməkdə davam edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns Vaşinqtonda keçirilən konqresdə ABŞ üçün qlobal təhdidlərdən və Ukrayna müharibəsinin gələcəyindən danışıb.

Onun sözlərinə görə, Qərbin sanksiyaları davam edərsə, Rusiya səfərbərlik elan etməsə və xaricdən silah tədarük etməsə, il boyu müharibə davam edəcək. Rusiyanın yeni ərazilər əldə etməkdənsə, torpaqları öz əlində saxlamaq taktikasına keçəcəyini qeyd edən Heyns qəti hərbi üstünlüyün olmadığını və Donetsk vilayətində Baxmutda gündəlik qarşıdurmaların baş verdiyini qeyd edib.

“Rusiya Baxmut bölgəsində müəyyən irəliləyişlər əldə edir, bu konkret strateji hədəf deyil, lakin Rusiya ordusu bir çox məhdudiyyətlərlə üzləşir, bunlardan biri də şəxsi heyət və sursat çatışmazlığıdır. Rusiya prezidenti Vladimir Putin daha kiçik hədəflər güdür”.

//Safura Bənnayeva, Editor.az