ABŞ müharibəyə girərsə, Rusiyanı hansı fəlakətlər gözləyir?-ŞƏRHbackend

ABŞ müharibəyə girərsə, Rusiyanı hansı fəlakətlər gözləyir?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiki vəziyyətdə Ukrayna sadəcə Kremldən prezident və ya yüksək fikirli məmurlar səviyyəsində səsləndirilən nüvə silahının tətbiqi məsələsi ilə bağlı müharibəni dayandırmayacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

Onun sözlərinə görə, artıq Ukrayna əks-hücum əməliyyatına başlayıb və ciddi uğurlar qazanır:

“Bütövlükdə Xarkov vilayəti Ukrayna tərəfindən azad edilib. Xerson vilayətinin və Donbasın azad edilməsi faktı da var. Rusiya ordusunun tükəndiyi bir vəziyyətdə Ukrayna dayanmayacaq. Bu məsələdə Kremlin nə qədər ciddi olduğuna Rusiya hakimiyyəti inanmır. Çünki bu məsələ təkcə Ukrayna ilə məhdudlaşmır. Əgər nüvə silahı istifadə olunarsa, bunun bütün regional dövlətlərə ciddi zərəri olacaq. Bu da Rusiya-Ukrayna sərhəddini aşır.
Ona görə də bu yöndə ABŞ və müttəfiqləri fəaliyyətə başlayıblar. Xüsusi kəşfiyyat təyyarələri var ki , bilavasitə bu nüvə silahlarını nəzarətdə saxlayırlar. Rusiya Müdafiə Nazirliyində də ABŞ-ın xüsusi xidmət orqanlarına işləyən cəsuslar var. Bu məsələdə hər hansı bir hərəkətlilik olarsa, Qərb dövlətləri və ABŞ-ın xəbəri olacaq. Onu da qeyd edim ki, ABŞ-ın bununla bağlı Rusiyaya xüsusi xəbərdarlığı da olub. Əgər nüvə silahından istifadə olunarsa, Rusiya üçün çox ağır nəticələri olacaq. Rusiyanın nüvə silahından istifadəsi məsələsi rəsmi Moskva üçün mənfi nəticələnəcək”.

Politoloqun fikrincə, ABŞ və onun müttəfiqlərində Rusiyadakından daha dəqiq və müasir nüvə silahları var:

“Rusiya necə Ukraynanı vurmaq istəyirsə, Qərb ölkələri də Rusiyaya, prezidentin gizləndiyi əraziyə zərbə endirə bilər.
Rusiya yaxın vaxtlarda nüvə silahından istifadə etməyəcək. Bunlar daha çox Ukraynanı dayandırmaq, ona təsir edəcək Qərb ölkələrini Rusiya ilə sülh masasına qaytarmaqdan ibarətdir. Bu gün Ukraynaya təsir edən ölkələrin başında əsasən, ABŞ, İngiltərə dayanır. Onların da əsas məqsədi müharibədə Rusiyanın tamamilə məğlub olmasıdır. Bu halda Ukrayna müharibəni dayandırmayacaq. Ukrayna indiki imkanı fürsətə çevirib. Bütün işğalda olan ərazilərini, hətta Krımı belə işğaldan azad etmək niyyətindədir. Düşünürəm ki, buna nail olacaq. Rusiyanın bu addımı elə şou olaraq qalacaq. “Qismən səfərbərlik” adlandırlan kütləvi səfərbərlik Rusiyanın əleyhinə çevriləcək. Cəbhədə ciddi nəticələr əldə edilməyəcək. Çünki Rusiyanın buna vaxtı yoxdur. Səfərbərlik üçün cəbhəyə göndərilən əsgərlərin xüsusi təlimə ehtiyacı var. Bu da uzun məsələdir. Amma Ukrayna ordusunun bu cəhətdən üstünlükləri var. Ukraynanın Qərb ölkələri tərəfindən müasir silahlarla təmin olunduğu vaxtda Rusiya öz ordusunu silahla təmin edə bilmir. Faktiki nüvə silahı istifadə olunsa belə bu cəbhədə Rusiyanın xeyirinə heçnəyi dəyişməyəcək. Ona görə də nüvə silahının istifadəsini yalnızca siyasi təziq kimi düşünürlər. Bunun qarşısında Ukrayna və müttəfiqləri dayanmayacaq. Heç Rusiya üçün də uğurlu olmayacaq. Nəticədə Rusiya ağır məğlubiyyətə düçar olacaq”.

//Safura Bənnayeva, Editor.az