ABŞ muzeyi Nigeriyaya aid 125 illik bürünc heykəlləri geri qaytaracaqbackend

ABŞ muzeyi Nigeriyaya aid 125 illik bürünc heykəlləri geri qaytaracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Smitson Milli Təbiət Tarixi Muzeyinin Nigeriyanın cənubunda Benin Krallığı zamanı qaçaqmalçılıq yolu ilə Avropaya gətirilən 125 illik 23 bürünc heykəli geri qaytaracağı bildirilir.

Editor.az Nigeriya mətbuatında yer alan məlumatlara istinadən xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda iki ölkə arasında 23 bürünc heykəlin qaytarılması ilə bağlı imza mərasimi keçirilib.

Nigeriyanın İnformasiya və Mədəniyyət Naziriliyindən bildirilib ki, Nigeriya tezliklə geri qaytarılmış əsərlərdən ibarət beynəlxalq səyyar sərgi açacaq. Müstəmləkəçilikdən əvvəlki və müstəmləkəçilik dövründə Nigeriyadan qaçırılan “Oba” bürünc heykəli də daxil olmaql, yüzlərlə tarixi əsər ABŞ və Avropa ölkələrinin müxtəlif muzeylərində sərgilənir.

Qeyd edək ki, Nigeriya müstəmləkəçilik dövründə qaçaqmalçılıq yolu ilə gətirilən tarixi əsərlərin öz mənşə ölkələrinə qaytarılmasında israr etsə də Britaniya hökuməti onların geri qaytarılması fikrini xoş qarşılamır. İngiltərədəki Horniman Muzeyi və Bağları avqust ayında 72 parçadan ibarət bürünc heykəli Nigeriya hökumətinə təhvil verəcəyini açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az