ABŞ Myanmaya sanksiyalar tətbiq edirbackend

ABŞ Myanmaya sanksiyalar tətbiq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Administrasiyası Myanmada hərbi çevrilişin iştirakçılarına qarşı sanksiyalar tətbiq edir.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden açıqlama verib.

Onun sözlərinə görə, hərbi çevrilişin iştirakçılarına qarşı sanksiyalar tətbiq edilir və generalların ABŞ-da saxlanılan 1 milyard dollar vəsaitə giriş əldə etmələrinin qarşısını almaq üçün tədbirlər görülür:

“Myanmada insan haqlarına dair ümumi öhdəliyi gücləndirmək üçün BMT İnsan Haqları Şurasında iştirakımızın bərpasını istifadə edirik. Bu gün təkrar olaraq Myanma hərbçilərini demokrat liderləri və fəalları dərhal sərbəst buraxmalarına çağırıram. Hərbi qüvvələr ələ keçirdikləri hakimiyyətdən imtina etməli və dünyaya Myanma xalqına hörmətlərini göstərməlidirlər”.