ABŞ NATO-dan DAHA GÜCLÜSÜNÜ YARADIR: Müharibə HƏR AN…backend

ABŞ NATO-dan DAHA GÜCLÜSÜNÜ YARADIR: Müharibə HƏR AN…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüz minlərlə hərbi personal, daşıyıcı zərbə qrupları və strateji aviasiya – Pentaqon sürətlə Asiya-Sakit okean bölgəsinə silah daşıyır. Mütəxəssislərin fikrincə, Vaşinqton burada NATO-nun Asiyadakı analoquna çevriləcək hərbi blok yaratmağa hazırlaşır. Əsas hədəf Çini nəzarətdə saxlamaq olsa da, bu, Rusiyanın təhlükəsizliyinə ciddi şəkildə təsir edəcək.

Publika.az “RİA Novosti”nin ABŞ-ın əsas niyyəti ilə bağlı araşdırmasını təqdim edir.

Tam nəzarət

Asiyada Şimali Atlantika İttifaqına bənzər hərbi blok yaratmaq barədə danışıqlar 2000-ci illərin sonunda başlayıb. 2007-ci ildə Yaponiyanın baş naziri Şinzo Abe ilk mərhələlərdə ABŞ, Yaponiya, Avstraliya və Hindistanın iştirakı ilə Dördtərəfli Təhlükəsizlik Dialoqunu təşkil etməyi təklif edib.