ABŞ NATO ərazisinin hər qarışını müdafiə edəcək – Sabrina Sinqbackend

ABŞ NATO ərazisinin hər qarışını müdafiə edəcək – Sabrina Sinq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ NATO-ya üzv ölkələrin, o cümlədən Rusiyanın Polşanı təhdid edə biləcək raket hücumları ilə bağlı öz öhdəliklərini yerinə yetirməyə hazırdır.

Editor.az xəbər verir ki, bu barədə Pentaqonun sədr müavini Sabrina Sinq bildirib. “Biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik.

Əgər NATO müttəfiqi hücuma məruz qalarsa – əlbəttə ki, bunu görmək istəməzdik, amma NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, – deyə o bildirib. Eyni zamanda, Pentaqon nümayəndəsi qeyd edib ki, bu kontekstdə ABŞ üçün prioritet Ukraynanı lazımi silahlarla təmin etmək olaraq qalır: “Konqresdən əlavə maliyyə vəsaiti ilə paket aldıqdan sonra biz Ukraynanı döyüş meydanında ehtiyacı olanlarla silahlandırmağa davam edəcəyik”, – Sabrina Sinq bildirib.

//Samir Qurbanov, Editor.az