ABŞ NATO-nu Rusiya ilə uzunmüddətli müharibəyə hazırlaşmağa çağırırbackend

ABŞ NATO-nu Rusiya ilə uzunmüddətli müharibəyə hazırlaşmağa çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı ölkələri Rusiya ilə uzunmüddətli müharibəyə hazırlaşmalıdırlar.

Editor.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) analitiklərinin hesabatında deyilir. Ekspertlər xatırladıblar ki, NATO-nun 2022-ci ilin iyununda Madriddə keçirilən sammitində alyans ölkələri “gələcəyə qayıdış” adlı yeni strateji konsepsiyanı təsdiqləyiblər. Rusiya Soyuq Müharibə dövründə olduğu kimi yenidən “təhlükəsizliyə ən mühüm və birbaşa təhdid” statusunu alıb.

“Blok müdafiə xərclərinin artırılması, qüvvələrin hazırlığı, komandanlıq və nəzarət, təlimlər və Finlandiya və İsveçin inteqrasiyası baxımından əhəmiyyətli irəliləyiş əldə edib. NATO müharibəyə hazır ola bilər, lakin onun uzunmüddətli müharibəyə hazır olub-olmaması məsələsi aktual olaraq qalır”, – hesabatda deyilir. Belə bir ssenariyə hazırlığı başa çatdırmaq üçün analitiklər deyirlər ki, müttəfiqlər hələ daha çox xərcləməli, hərbi-sənaye imkanlarını inkişaf etdirməli, kritik silah boşluqlarını doldurmalı və milli müqaviməti gücləndirməlidirlər.

//Gülnarə Abasova, Editor.az