ABŞ NATO-nun Rusiya ilə müharibəyə hazır olmadığını bildiribbackend

ABŞ NATO-nun Rusiya ilə müharibəyə hazır olmadığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO qüvvələrinin Ukraynaya göndəriləcəyi təqdirdə Şimali Atlantika Alyansı Rusiya ilə döyüşməyə hazır deyil.

Editor.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Pentaqon rəhbərinin müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor bildirib.

“Əgər NATO qoşunları Ukrayna ərazisinə daxil olarsa, Rusiya ilə müharibə başlayacaq. Rusiya buna hazırdır, amma biz yox”, – o yazıb.

Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bəyan etmişdi ki, Ukraynanın NATO-ya ölkə münaqişədə olduğu bir vaxtda dəvət edilməsi Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibəyə gətirib çıxara bilər.

//Gülnarə Abasova, Editor.az