ABŞ NATO-nun Ukrayna planlarına hələ də yaşıl işıq yandırmayıbbackend

ABŞ NATO-nun Ukrayna planlarına hələ də yaşıl işıq yandırmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-ya üzv dövlətlər Ukraynadakı münaqişədə Kiyevə yardımın artırılmasının müxtəlif variantlarını, o cümlədən Qərb təlimatçıları tərəfindən ölkədə ukraynalı əsgərlərə təlim keçmək, maddi-texniki təchizatda dəyişikliklər və Ukrayna üzərində uçuşa qadağan zonanın tətbiqini müzakirə edirlər, lakin bütün bu təşəbbüslərə hələ də Vaşinqton tərəfindən yaşıl işıq yandırılmayıb.

Editor.az bu barədə “Bild”ə istinadla yazır. “Bütün NATO ölkələrinin Ukrayna ilə bağlı planlarında problem: onlara ABŞ-dan yaşıl işıq lazımdır, lakin hazırda belə bir işıq yoxdur”, – nəşr yazır. Bildirilir ki, bir sıra

NATO ölkələri, o cümlədən Böyük Britaniya, Kanada və Estoniya humanitar yardımı gələcəkdə təkcə Ukrayna sərhədinə deyil, həm də ondan kənara, yəni birbaşa Ukrayna ərazisinə göndərməyə hazırdır. Bundan əlavə, qəzet yazır ki, Baltikyanı ölkələrdə onlar Baltikyanı əsgərlərin “Lvov vilayətində missiya” və azad edilmiş ərazilərdə “minalardan təmizləmə” həyata keçirə biləcəkləri fikrini ifadə ediblər. Qərb, həmçinin NATO ölkələri ərazisindən Qərbi Ukraynaya hava hücumundan müdafiə sisteminin təmin edilməsi məsələsini də müzakirə edir.

Nəşrin iki mənbəsinə görə, Polşa Qərbi Ukraynanın “gücləndirilmiş hava hücumundan müdafiəsi” üçün koalisiya yaratmağa çalışacaq.

//Gülnarə Abasova, Editor.az