ABŞ NATO strukturlarındakı iştirakını azaldır: Avropa təşviş içindədirbackend

ABŞ NATO strukturlarındakı iştirakını azaldır: Avropa təşviş içindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bir neçə əsas NATO komandanlıq mərkəzindəki şəxsi heyəti azaltmaq niyyətindədir.

Editor.az xəbər verir ki, “Reuters” agentliyinin verdiyi məlumata görə, belə bir addım Vaşinqtonun Alyansa sadiqliyi ilə bağlı Avropada narahatlıqları artıra bilər: “Tramp administrasiyası Alyansın hərbi və kəşfiyyat əməliyyatlarına nəzarət və planlaşdırma ilə məşğul olan NATO strukturlarında təxminən 200 vəzifəni ləğv edəcək”, – deyə anonimlik şərti ilə məsələ ilə tanış olan mənbələr bildirib.

Azaldılması hədəflənən strukturlara NATO Kəşfiyyat Birləşməsi Mərkəzi (Böyük Britaniyada yerləşir), Müttəfiq Xüsusi Əməliyyatlar Komandanlığı (Brüsseldə – Belçikada yerləşir), NATO Dəniz Hücumu və Dəstək Qüvvələri STRIKFORNATO (Portuqaliyada yerləşir) və bir neçə oxşar struktur daxildir. Qərarının konkret səbəblərini göstərməyib, lakin bu tədbirlər Tramp administrasiyasının Qərb yarımkürəsinə daha çox resurs ayırmaq niyyəti ilə uyğun gəlir.

Qeyd edək ki, Avropada təxminən 80.000 ABŞ hərbçisi var ki, onların da təxminən yarısı Almaniyadadır.

//Samir Qurbanov, Editor.az