“The Wall Street Journal” qəzeti “Rusiyanın məğlubiyyəti haqqında sehrli düşüncələri dayandırmağın vaxtıdır” başlıqlı məqalə dərc edib.
Editor.az xəbər verir ki, məqalədə Rusiyada xalq orduya və hakimiyyətə dəstəyi güclü olaraq qaldığı vurğulanır:
“Hazırda bu ölkədə Rusiyanın uduzduğuna və ya gələcəkdə ərazi itirə biləcəyinə dair heç bir əlamət yoxdur. Rusiya iqtisadiyyatı dağılmayıb, əksinə, dayanıqlığını, uyğunlaşmaq qabiliyyətini və yaratmaq qabiliyyətini sübut edib.
Rus müdafiə zavodları da istehsalı inamla artırır. O cümlədən Çin və Hindistan Rusiya iqtisadiyyatına kömək edir və Putin “Qlobal Cənubun müxtəlif yerlərində” dəstəklənir”.
//Yenisabah.az

