ABŞ Niger və Çaddan çəkildikdən sonra Afrikaya qoşun göndərmək üçün ölkələr axtarırbackend

ABŞ Niger və Çaddan çəkildikdən sonra Afrikaya qoşun göndərmək üçün ölkələr axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ silahlı qüvvələrini Niger və Çaddan çıxardıqdan sonra hərbi hissələrin köçürülməsi və hərbi əməkdaşlığı genişləndirmək üçün regionun digər ölkələrinə müraciət edir.

Editor.az xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. “ABŞ qoşunlarının Niger və Çaddakı bazalardan məcburi çıxarılması və bəzi qoşunların Qərbi Afrikadakı digər ölkələrə potensial köçürülməsi ABŞ-ın yüksək rütbəli hərbi rəhbərlərinin bu həftə keçiriləcək görüşündə müzakirə olunacaq mühüm məsələlər olacaq”, – agentlik bildirib. Qəzet yazır ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Çarlz Braun bazar ertəsi Afrikaya gəlib, çünki Birləşmiş Ştatların regionda kritik dönüş nöqtəsi var. Onun sözlərinə görə, digər Qərbi Afrika ölkələri ABŞ-la əməkdaşlığa hazırdır və ABŞ-ın daha geniş iştirakına açıq ola bilərlər: “Bölgədə bizim artıq kiçik iştirakımız və ya əlaqələrimiz olan başqa ölkələr də var”. Lakin o, söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ administrasiyası Niger, Mali və Burkina-Fasoda hakimiyyət dəyişikliyi səbəbindən Rusiyanın Afrikada artan təsirindən narahatdır.

//Gülnarə Abasova, Editor.az