ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkilinin diplomatik DOSYESİbackend

ABŞ-nin Azərbaycandakı yeni müvəqqəti işlər vəkilinin diplomatik DOSYESİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emi Karlon Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin olunub.

Oxu.Az xəbər verir ki, diplomat ABŞ Dövlət Departamentində Ali Diplomatik Xidmətin üzvüdür.

Emi Karlon Oklahoma Universitetində biznesin idarəedilməsi ixtisası üzrə bakalavr dərəcəsinə və Harvard Universitetinin Con F.Kennedi adına Dövlət İdarəetmə İnstitutunda dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsinə yiyələndikdən sonra 1999-cu ildə ABŞ Dövlət Departamentində diplomatik xidmət əməkdaşı kimi işləməyə başlayıb.

O, 2020-ci ilin iyununda Milli Müdafiə Universitetinin Eyzenhauer adına İnstitutunda Milli Resurs Strategiyası ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Karlonun son təyinatlarına ABŞ-nin Yunanıstan, Afinadakı səfirliyində siyasi müşavir (2016-19), Şərqi Asiya Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean Adaları idarəsində direktor müavini (2020-22) vəzifələri daxildir.

O, 2022-ci ilin iyunundan 2024-cü ilin avqustunadək Diplomatik Xidmət İnstitutunun Siyasi Təlim bölməsinin direktoru işləyib.

Qadın diplomat İndoneziya, Avstriya, Rusiyada, habelə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda, Qlobal Kadr İdarəetmə Bürosunda, eləcə də Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Məsələləri Bürosunda xidmət edib.