Gürcüstan-ABŞ birgə təliminin təxirə salınması və Avropa Birliyinin (AB) Müdafiə Nazirliyinə 30 milyon avro yardımının dondurulması hakimiyyətin ehtiyatsız və düşmən siyasətinin nəticəsidir.
Editor.az teleqraf.com-a istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“ABŞ-nin hərbi təlimlərinin ləğv edilməsinin ardınca müdafiə qüvvələri üçün 30 milyon avronun ayrılması donduruldu. Hakim partiyanın (“Gürcü Arzusu”) ehtiyatsız və düşmən siyasətinə cavab budur”, – prezident vurğulayıb.
AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bundan əvvəl bildirib ki, Avropa Birliyi bu ölkənin Müdafiə Nazirliyinə verilməsi planlaşdırılan 30 milyon avronun dondurulmasına qərar verib. Bundan başqa, onun sözlərinə görə, Gürcüstanın AB-yə üzvlük prosesi də dayandırılıb.

