ABŞ niyə Əfqanıstanı “Taliban”a təslim etdi? – Terror təşkilatları aktivləşəcəkbackend

ABŞ niyə Əfqanıstanı “Taliban”a təslim etdi? – Terror təşkilatları aktivləşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taliban” qüvvələrinin hakimiyyəti ələ keçirməsi ilə bağlı fərqli fikirlər səsləndirilir. Bəzi mütəxəssislər ABŞ-ın “Taliban” tərəfindən məğlub edildiyini söyləyirlər, digərləri isə ABŞ-ın bölgədə sabitliyi pozmaq üçün yeni bir oyuna başladığına əmindirlər. Ancaq bu anda dəqiq deyə biləcəyimiz budur ki, bölgədə baş verən hadisələr təkcə Əfqanıstana və onun yaxın sərhədlərinə deyil, bütün Avrasiya məkanının taleyinə təsir edəcək”.

Bu fikirlər Türkiyənin nüfuzlu “Cumhuriyyet” qəzetində dərc olunan məqalədəndir. Nəşrin yazdığına görə, Əfqanıstanda baş verənlər ən çox Mərkəzi Asiyaya təsir edəcək.

Qəzet yazır: “Xatırladaq ki, ABŞ Soyuq Müharibə dövründə Əfqanıstanın əhəmiyyətini anladı və SSRİ-ni mühasirəyə almaq üçün planlar hazırladı.

Nikolas Spykmanın “qövs əraziləri” nəzəriyyəsində mühüm rol oynayan Əfqanıstanın önəmi ABŞ prezidenti Cimmy Karterin prezidentliyi dövründə Milli Təhlükəsizlik müşaviri kimi çalışmış Zbiqnev Bjezinski tərəfindən də vurğulanıb. Sovet İttifaqının 1979-cu ildə Əfqanıstana müdaxiləsi ilə Bjezinski bölgədəki cihadçı qrupların fəaliyyətinə böyük diqqət yetirmiş və öz ifadəsi ilə desək “Sovet Vyetnamını yaratmağa” çalışmışdı. SSRİ on il sonra Əfqanıstandan çəkildikdə – məğlub olduqdan sonra Sovetlərin dağılması da sürətləndi. Əfqanıstanda qeyri-sabitlik miqrasiya dalğasını tətikləyəcək və Mərkəzi Asiya respublikalarına hər cəhətdən təsir edəcək.

Əfqanıstanda “Taliban”ın nəzarəti altında sələfi, cihadçı terror təşkilatları, ilk növbədə İŞİD Mərkəzi Asiyada fəaliyyətlərini gücləndirə bilər. Eyni zamanda, CIA-nın nəzarətində olan terror təşkilatları, Çinin “Bir Kəmər, Bir Yol” layihəsinə mane olmaq, habelə Rusiyanın təhlükəsizliyini zəiflətmək üçün bölgədə sabitliyi pozmağa yönəlmiş təxribatlar edə bilər”.