ABŞ niyə ən müasir silahları Ukraynaya göndərmir?  -Amerikalı hərbi ekspert açıqladıbackend

ABŞ niyə ən müasir silahları Ukraynaya göndərmir?  -Amerikalı hərbi ekspert açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ silahlarının təkcə Rusiya tərəfinə deyil, həm də çinlilərin əlinə keçməsi riskinə görə, Ukraynaya ən son hərbi texnikanı göndərmir”.

Editor.az bildirir ki, bunu amerikalı hərbi ekspert, ABŞ-ın İraqdakı müharibə veteranı Metyu Ho “Judging Freedom YouTube” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Çin ABŞ texnikasına dair gizli məlumatlardan istifadə edə bilər. Lakin ekspert hesab edir ki, məsələn, heç kimin “Abrams”dakı zirehlərin necə qurulduğunu başa düşməsi mümkün deyil.

O, xatırladıb ki, oxşar vəziyyət GPS sistemi ilə idarə olunan HIMARS raketləri ilə də bağlı olub. Rusiya Silahlı Qüvvələri artıq onu “boğmağı” öyrənib.

“Buna görə də ABŞ ATACMS ballistik raketlərini Kiyevə ötürmək istəmir. Silahlarla bağlı məlumatların çinlilərə çata bilməsi qorxusu ABŞ-ı həqiqətən də narahat edir”, – ekspert qeyd edib.

//Samir Qurbanov, Editor.az