ABŞ Konqresinin Nümayəndələr Palatası (ABŞ Konqresinin aşağı palatası) ABŞ şirkətlərini sanksiyaların səbəb olduğu müqavilələrin pozulmasından irəli gələn iddialardan qoruyan qanun layihəsini qəbul edib.
Editor.az xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsində məlumat verilib.
“Parlament qanun layihəsini şifahi səsvermə yolu ilə qəbul etdi”,- deyə bildirilib. Qeyd olunub ki, qanun ABŞ-ın Rusiyaya qarşı sanksiyaları nəticəsində dəymiş ziyanın ödənilməsi üçün federal məhkəmələrə müraciət etməyi qadağan edir.
Qeyd edək ki, dekabrın 2-də ABŞ çip istehsalı üçün avadanlıqların tədarükünü məhdudlaşdıraraq Çinə qarşı sanksiyaları gücləndirib. Qadağa Amerika texnologiyasından istifadə edən xarici şirkətlərin fəaliyyətinə də şamil edilir.
//Gülnarə Abasova, Editor.az