ABŞ Nümayəndələr Palatasından qalmaqallı qərarbackend

ABŞ Nümayəndələr Palatasından qalmaqallı qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası uzun müddətdir müzakirə edilən “Eynicinsli nikah hüququnun hüquqi müdafiəsi” haqqında qanun layihəsini səs çoxluğu ilə qəbul edib.

Editor.az xəbər verir ki, Nümayəndələr Palatasının Baş Assambleyası noyabrın 29-da Senat tərəfindən təsdiq edilən “Evliliyə Hörmət Aktı”na səs verib.

Qanun layihəsi 169 “xeyr” və 258 deputatın “hə” səsi ilə qəbul edilib. Sözügedən qanun layihəsinin qanuna çevrilməsi üçün ABŞ prezidenti Co Baydenin təsdiqi lazımdır.

Hazırda ABŞ-da Ali Məhkəməsinin 2015-ci il qərarına əsasən eynicinsli nikahlara qanuni icazə verilir.

Ancaq bir müddət əvvəl ABŞ Ali Məhkəməsinin aborta zəmanət verən qərarı ləğv etməsindən sonra bu qərarı da ləğv edəcəyi ehtimal edilirdi. Bu nikahların federal qanunla təmin edilməli olduğu bildirilirdi.

Məsələ ilə bağlı Konqresdəki Demokratlar aktiv fəaliyyətə başlamışdılar.

//Samir Qurbanov, Editor.az