ABŞ Nümayəndələr Palatasının spikeri respublikaçı Kevin Makkarti Nümayəndələr Palatasının komitəsinə prezident Co Baydenin impiçment prosesini başlaya biləcək rəsmi araşdırmaya başlamağı əmr edib.
Editor.az bu barədə “The Guardian”a istinadən xəbər verir. MakKarti deyib ki, onun Nümayəndələr Palatasının komitəsinə impiçmentlə bağlı rəsmi araşdırmaya başlamaq üçün göstəriş vermək qərarı heç də yüngül qəbul olunmayıb. Lakin o, bunu “məntiqi addım” adlandırıb. “Araşdırmamız vasitəsilə biz prezident Baydenin Amerika xalqına ailəsinin xarici tərəfdaşları haqqında yalan danışdığını aşkar etdik.
Şahidlərin ifadələri göstərir ki, çoxsaylı ünsiyyətlər, təmtəraqlı ziyafətlər ona gətirib çıxarıb ki, onun oğlu və ətrafı təxminən 20 milyon dollar alıblar”, – Nümayəndələr Palatasının spikeri bildirib.
//Samir Qurbanov, Editor.az

